Elarizin 10 ildir küsülü qaldığı gənc müğənni - VİDEO

Elarizin 10 ildir küsülü qaldığı gənc müğənni – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Space” kanalında yayımlanan “Görüş yeri” verilişində tanınmış müğənni Elariz Məmmədoğlu ilə gənc ifaçı Vaqif Şıxəliyev arasında 10 ildir ki, davam edən küsülülük müzakirə olunub.

Verilişin aparıcısı Elçin Əlibəyli əvvəlcə Vaqif Şıxəliyevdən aldığı müsahibəni təqdim edib. Daha sonra üzünü Elariz Məmmədoğluna tutaraq “Elariz, görürsünüz ki, günahkar sizsiniz, Vaqifin xətrinə dəymisiz” sözlərini deyib.

Müğənni Elariz  isə “bu insan söhbəti düz danışsaydı, mən artıq üzəriyimin dərinliyində artıq barışmaq istəyirdim. Bu insan intervyunu da düz vermir. Onun danışdığı o dialoqların hamısı yalandır. Amma o düzgündür ki, prodüsserim onunla nəsə danışıb və o barışığa gələndə, mən də dedim ki, yalandan televizorda gedib elə şeylər danışırsan, get üzr istə və de ki, mən səhv eləmişəm. Çünki o verilişlərin birində burdakı söhbətləri eləmişdi, mənim haqqımda bu cür yalan danışmışdı. Mən də əsəbləşmişdim, amma ona heç nə deməmişdim” deyərək baş verənləri daha aydın şəkildə izah edib.

“A24.az” verilişdən olan videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=qQB85Q-rgo4

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar