“Elektron Hökumət” portalında daha bir yenilik

“Elektron Hökumət” portalında daha bir yenilik
Want create site? Find Free WordPress Themes and plugins.

Artıq “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı “Elektron Hökumət” portalında formalaşdırmaq mümkündür.

a24.az“ın məlumatına görə, Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, sözügedən arayışda istifadəçinin il ərzində rabitə xidmətləri üzrə aparılan ödənişlər əks olunur.

Qeyd edək ki, “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı həm qısa, həm də geniş formada əldə etmək mümkündür. Arayışda vətəndaşa aid bir sıra fərdi məlumatlar: telefon nömrəsinə aid ünvan, telefon nömrəsinin aid olduğu Telefon Qovşağı, müqavilənin bağlanıldığı tarix, cari borc barədə məlumatlar da öz əksini tapır. Buna görə də elektron çıxarışı əldə etmək üçün ilk olaraq “Elektron Hökumət” portalında (e-gov.az) qeydiyyatdan keçmək lazımdır. “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı portalda qeydiyyatdan keçdikdən sonra “Elektron çıxarışlar” (arayışlar) bölməsinə daxil olaraq formalaşdırmaq mümkündür.

İndiyədək portal vasitəsilə 10 adda elektron çıxarışlar vətəndaşlar tərəfindən istifadə olunurdu. Beləliklə, artıq “Elektron Hökumət” portalı üzərindən 11 növ elektron arayışı formalaşdıraraq çap etmək, yaxud elektron şəkildə aidiyyəti quruma göndərmək mümkün olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar