Əli Əhmədov: “Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”

Əli Əhmədov: “Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”
Want create site? Find Free WordPress Themes and plugins.

Yeni Azərbaycan Partiyası bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı planlarını açıqlayıb.

“A24.az” məlumat verir ki, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP ənənəvi olaraq seçki hazırlıqlarına xeyli əvvəldən başlayır.

O qeyd edib ki, partiya bu seçkilərə də ciddi hazırlaşır: “Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir. YAP-ın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür. Biz seçki kampaniyasına məhz bu meyarla hazırlaşacağıq. Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar