“Əli və Nino” filmi biletsiz nümayiş ediləcək

“Əli və Nino” filmi biletsiz nümayiş ediləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Dekabrın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Mirzəyevin ekranlaşdırdığı “Əli və Nino” qısametrajlı filmi nümayiş olunacaq.

A24.Az xəbər verir ki, “YARAT” Film Klubu tərəfindən təqdim olunacaq ekran əsərinin nümayişini hər kəs izləmək imkanı əldə edəcək. Xronometrajı 110 dəqiqə olan ekran əsrinin qəhrəmanı bakılı müsəlman Əli xan daha çox nəyi sevdiyini və nəyə bağlı olduğunu anlamağa can atır. O, Ninonu çox sevir. Nino xristiandır, o, başqa dünyanın, milliyyətin, mədəniyyətin, adət-ənənələrin nümayəndəsidir. Əli xan Ninoya ancaq Bakı şəhəri çərçivəsində aşiqdir. Əli ideal cəmiyyətin utopik ideyasını özündə daşıyır. Bir növ sonuncu mogikanların dövründən, böyük ənənənin, tarixi etnosun, onun zadəganlarının, mədəniyyətinin, bəlkə də bir növ sivilizasiyasının məhv edilməsindən bəhs edən filmin qəhrəmanları tarixi keçidin, geosiyasi dəyişikliyin, dünya xəritəsinin dəyişən, yenidən bölünən dövrünü yaşayırlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar