“Əlimdə bir dənə nağaram var”- əməkdar artist

“Əlimdə bir dənə nağaram var”- əməkdar artist
Want create site? Find Free WordPress Themes and plugins.

ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan “Natiq” ritm qrupunun rəhbəri, əməkdar artist Natiq Şirinov maraqlı açıqlamalar verib.

A24.az-ın məlumatına görə, o, xarakterindən və işdə ciddi olmasından danışıb:

“Tələbələrimlə həddindən artıq ciddiyəm. Onları sevirəm. Mən zarafat edəndə mənim zarafatımın qarşısında kimsə dayana bilməz. Əyləncəni də sevirəm. Deyib-gülürük, əylənirik. Uşağı öyrədirəmsə, sığallaya-sığallaya öyrədə bilmərəm axı. Hərdən deyirlər ki, adam döyür. Yox, elə şey yoxdur. Dedim, mənim özümü döyən lazımdır, mən adam döyə bilirəm?! Mən zəif insanam. Əlimdə bir dənə nağaram var, onunla da çalışıram ki, xalqa xidmət edim. Amma ciddi biriyəm. Mənim səbrim böyükdür, illərlə gözləyirəm, gördüm alınmır, deyirəm, get. Hər şeyi Allaha buraxmışam”. (axşam.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar