“Əlimi heç bir haram tikəyə atmamışam” – Vasif Məhərrəmli

“Əlimi heç bir haram tikəyə atmamışam” – Vasif Məhərrəmli
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Vasif Məhərrəmli uşaqlığı ilə bağlı etiraf edib.

A24.az-ın məlumatına görə, ifaçı “10-dan sonra” verilişində uşaqlıqda başına gələn hadisə haqqında danışıb:

“4-5 yaşımda əmim bizdə idi. Onun cibində qəpiklər var idi, onları götürdüm. Maddi durumumuz pis idi, yəqin ona görə götürmüşəm. Mən anama dedim ki, əmimin cibindən pul götürmüşəm. O da atama deyib. Atam axşam evə gələndə mənə bir sillə vurdu ki, gözlərimdə qığılcımlar parladı. Özü də, stulda oturmuşdum, oradan yıxıldım. Ondan sonra mən həyatım boyunca əlimi heç bir haram tikəyə atmamışam. Oğurluq çox pis şeydir”.

Elvin Paşazadə

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes

Müzakirə

A24.Az