Elmar Məmmədyarov Efiopiyada səfərdədir

Elmar Məmmədyarov Efiopiyada səfərdədir
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olacaq.

A24.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Efiopiyanın xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin, E.Məmmədyarovun Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına səfəri, Afrika İttifaqının sədri və komissarları ilə görüşləri nəzərdə tutulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar