Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşüb

Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşüb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən “a24.az”a verilən məlumata görə, görüş Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü çərçivəsində baş tutub.

Söhbət əsnasında E. Məmmədyarovla M. Çavuşoğlu iki ölkə arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndiriblər, onların dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.

Tərəflər, həmçinin, 2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək qiymətləndiriblər.

Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti də vurğulanıb.

E. Məmmədyarovla M. Çavuşoğlu, həmçinin, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar