Elmar Vəliyevə görə "işdən çıxarılan" rəis danışdı: "Məni onunla..."

Elmar Vəliyevə görə “işdən çıxarılan” rəis danışdı: “Məni onunla…”
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Bu barədə  A24.az-a B.Haqverdiyev özü məlumat verib. O qeyd edib ki, hazırda Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən iclasdan qayıdıb və hazırda işdədir: “Hazırda idarədəyəm və işdən çıxarılmağım ilə bağlı yayılan məlumatlar əsassızdır. Onu deyə bilərəm ki, bu barədə rəsmi bir məlumat yoxdur. Cənab başçı və cənab nazir nə məsləhət bilsələr, mən də onların məsləhətləri ilə razı olacağam və istənilən yerdə işləməyə hazıram”.

B.Haqverdiyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev tərəfindən vəzifəyə gətirilməsi ilə bağlı yayılan məlumatlara da toxunub:

“Bu məlumatlar yalandır və böhtan xarakterlidir. Məni cənab nazir göndərib. Xidmət göstərmişəm. Elmar Vəliyevlə məni, məni onunla bağlayan hər hansı bir əlaqə yoxdur. Cənab Vəliyev də uzun müddət dövlətə xidmət edib. Bu gün səhhəti ilə bağlı vəzifədən kənarlaşdırılırsa, buna bu cür yanaşmaq hesab edirəm ki, düzgün mövqe deyil. Bizim hörmətli başçımız Niyazi Bayramovla da münasibətimiz yaxşıdır. Ona böyük hörmətim var”.

O, əvvəlki vəzifəsinə – Ağdama baş həkim vəzifəsinə qayıdacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Bu gün də əgər Ağdam Şəhər Mərkəzi Xəstəxanasına qayıtmağım və ya digər vəzifəyə təyin olunmağım məsləhət olarsa, məmnuniyyətlə işləyərəm”.

“Hazırda Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisiyəm. Gələn həftədən nə olacaq, kim işdən çıxarılacaq və kim hara təyin olunacaqsa, bu haqda mən heç nə deyə bilmərəm. Çünki bu, artıq cənab nazir və cənab başçının birbaşa səlahiyyətində olan bir məsələdir. Yenə deyirəm, sabah nə olacaqsa, o, bizim səlahiyyətimizdə deyil” – deyə,  B.Haqverdiyev bildirib.

Səid Qərib
A24.az

***14:24

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyevişdən çıxarılıb.

A24.az “Report”a istinadən xəbər verir ki, bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Ölkə, Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar