Elmar Vəliyevin “sağ əlinə” cinayət işi açıldı: 100 min dollarlıq ittiham

Elmar Vəliyevin “sağ əlinə” cinayət işi açıldı: 100 min dollarlıq ittiham
Want create site? Find Free WordPress Themes and plugins.
Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi, Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayevə cinayət işi açılıb.
A24.az bakupost.az-a istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib.
Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb. Lakin hələlik həbs olunmayıb. Məlumata görə, onun məsuliyyətə cəlb olunmasında yeni icra başçısı da maraqlıdır. Çünki zərərçəkən sakinlər İcra Hakimiyyətinə gələrək kömək istəyirlər. Kimisi Məharət Mustafayevdən torpaq aldığını, lakin buna görə müvafiq sənədlərin verilmədiyini, kimisi pulu ödəsə də tikinti üçün torpaq ayrılmadığını, kimisi də satılmış torpağa görə verilən sənədlərdə ciddi uyğunsuzluqların olduğunu iddia edir. Şikayətçilər arasında daha böyük məbləğlərdə vəsaitdən məhrum olmuş iş adamları da var.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Ölkə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar