Elnur Nağızadə axtarışa verilib

Elnur Nağızadə axtarışa verilib
Want create site? Find Free WordPress Themes and plugins.

Dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin sabiq rəhbəri Elnur Nağızadə barəsində axtarış elan edilib.

“A24.az” xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, E.Nağızadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa veilib. Hazırda E.Nağızadənin tutulub istintaqa cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarına E.Nağızadə ilə bağlı daxil olan şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, E.Nağızadə Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərovu işə düzəlmək məqsədilə onlardan 150 min ABŞ dolları almaqda təqsirləndirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar