Elşad Miridən Hidayətqızına irad: Cin qalmaqalı - VİDEO

Elşad Miridən Hidayətqızına irad: Cin qalmaqalı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Xəzər TV-də yayımlanan və Xoşqədəm Baxşəliyevanın apardığı “Səni axtarıram” verilişində efirə gedən görüntülər hər kəsi təəccübləndirib.

Belə ki, verilişə müraciət edən ailələrdən biri evlərində cin olduğunu bildirib. Evə quraşdırılan kameralarda bədəninə cin girdiyini deyən qadın qəflətən yerə yıxılaraq sürünməyə başlayıb və hadisə təqribən iki saata yaxın davam edib. Problemin həlli üçün ev sahiblərinə psixoloji yardım göstərilməsinə qərar verilib.

A24.Az xəbər verir ki, məsələ ilə bağlı Kult.az-a danışan ilahiyyatçı Elşad Miri sözügedən görüntülərin gəlir əldə etmək məqsədilə uydurulduğunu deyib:

“Qurani-Kərimdə insanın bədəninə cin girməsi ilə bağlı heç bir məlumat yoxdur. Peyğəmbərin sağlığında kiminsə bədəninə girən cini çıxarması kimi hadisələr baş verməyib. Bu, sonralar bəzi adamların pul qazanmaq məqsədilə istifadə etdikləri uydurulmuş məsələdir.

Təsəvvür edək ki, evə kamera yerləşdirilir və cin gəlib həmin adamın bədəninə daxil olur. Yəni cin o qədər axmaqdır ki, evə yerləşdirilən kameradan xəbərsizdir?! Bütün bunlar biabırçılıqdır, absurddur.

Belə getsə, sabah çıxıb deyəcəklər ki, dünyaya gətirdiyim uşaq hansısa cindəndir və s. Təəssüf ki, hətta islam hüquqşünasları da vaxtilə kitablarında cinlərdən doğulan uşaqlarla bağlı məsələləri gündəmə gətiriblər. Onsuz da belə hadisələrin heç birinin əsası yoxdur. Müəyyən xəstəliklər, şizofreniya ilə bağlı olan məsələləri kiminsə bədəninə cin girməsi və ya çıxarılması kimi təqdim etmək başqa bir peşənin formalaşmasına gətirib çıxarır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar