Elton Con oğullarını mirasından məhrum etdi

Elton Con oğullarını mirasından məhrum etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya şöhrətli musiqiçi Elton Con həmcinsi Devid Fernişlə olan oğulları ilə bağlı mühüm qərar qəbul edib. 

“A24.az” xarici mətbuata istinadən xəbər verir ki, musiqiçi övladlarının gələcəkdə onun çoxmilyonluq sərvətinə heç bir iddia edə bilməyəcəklərini deyib. Bununla da Elton onları əməyə və müstəqil yolla pul qazanmağa öyrəşdirməyə çalışdığını söyləyib:

“İstəyirəm ki, oğlanlarım özləri pul qazanmağı öyrənsinlər. Əlbəttə, istəmərəm, onların nəyəsə ehtiyacları olsun. Başa düşməlidirlər ki, onlar adi ailədə böyüyürlər və normal həyatları ola bilər. Biz Devidlə onlara əməyə hörməti öyrədəcəyik. Mənim özüm indi nə qazanmışamsa, hamısı öz zəhmətim hesabına olub. Uşaqlarım da öz pullarını özləri qazanmalıdırlar”.

Qeyd edək ki, 280 milyon dollarlıq sərvəti olan Elton Con və Devid Ferniş gələcəkdə övladlarının bu mirasdan məhrum edilməsi haqda vəsiyyət də hazırlayıblar. Onlar bu pulu xeyriyyə təşkilatlarına bağışlayacaqlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar