Elza Seyidcahan mətbuata çağırış etdi

Elza Seyidcahan mətbuata çağırış etdi
Want create site? Find Free WordPress Themes and plugins.
“Seçki günü baş verən qanunsuzluq, saxtakarlıq, təzyiqlər və rüşvətxorluq barəsində geniş açıqlamalar verəcəm”.
a24.az” bildirir ki, bu sözləri bəstəkar-müğənni Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib. Bundan öncə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd olan müğənni seçkilər zamanı səsvermənin saxtalaşdırıldığı barədə mətbut konfransı keçirəcəyini bildirib:
“Konfransda səsvermə zamanı bizə edilən rüşvət təklifindən tutmuş bütün biabırçı hallar barəsində danışacam. Hörmətli mətbuat nümayəndələri, sizi noyabrın 4-də Siyəzən şəhərində, qərargahımda keçirəcəyim mətbuat konfransına dəvət edirəm”.
Elza Seyidcahan seçki saxtakarlığı ilə bağlı musavat.com-a video da təqdim edib. Müğənninin dediyinə görə video 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 21 saylı məntəqəsində (Uzunboyat kənd orta məktəbi) lentə alınıb. Videoda seçici açıq-aşkar hər kəsin gözü qarşısında seçki qutusuna topa bülleten atır, məntəqə nümayəndələri isə bu saxtakarlığa göz yumur.
Qeyd edək ki, Milli Məclisə keçirilən V çağırış seçkilərin ilkin nəticələrinə görə, adı çəkilən dairə üzrə lider namizəd 71, 2 faiz səs toplayan Tahir Süleymanovdur.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar