“Ən gənc məhbus seçicinin 20, ən yaşlı seçicinin isə 85 yaşı var”

“Ən gənc məhbus seçicinin 20, ən yaşlı seçicinin isə 85 yaşı var”
Want create site? Find Free WordPress Themes and plugins.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları parlament seçkilərində aktiv iştirak edirlər.

a24.az” bildirir ki, bunu hazırda müəssisədə olan Trend-in əməkdaşına Məntəqə Seçki Komissiyasının sədri Əli Ələkbərov deyib.

Ə.Ələkbərov qeyd edib ki, ümumilikdə 1282 seçicinin səsvermədə iştirak etməsi gözlənilir: “6 saylı cəzaçəkmə müəssisəsində ən gənc seçicinin 20, ən yaşlı seçicinin isə 85 yaşı var. Məntəqədə səsvermənin gedişini bir müşahidəçi izləyir”.

Məntəqə Seçki Komissiyasının sədri vurğulayıb ki, Ombudsman aparatının nümayəndələri, jurnalistlər seçkilərin gedişi ilə bağlı cəzaçəkmə müəssisəsində olublar.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit poll” keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar