Ən yaxşı seriallar, aktyorlar, filmlər SEÇİLDİ

Ən yaxşı seriallar, aktyorlar, filmlər SEÇİLDİ
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Los-Anceles şəhərindəki “The Beverly Hilton Hotel”də dünya kinematoqrafının və televiziyasının ən nüfuzlu mükafatlarından biri sayılan “Golden Globe”un təqdimat mərasimi keçirilib.

Milli.Az ABC-yə istinadən bildirir ki, “The 74th Annual Golden Globe Awards” mərasimi həm də Britaniya kinematoqrafının triumfu sayıla bilər. Belə ki, mükafat alanlar arasında britaniyalı aktyorlar, rejissorlar, prodüserlər və s. çoxdur.

İzabel Yupper “Elle” filmindəki roluna görə “Ən yaxşı dramatik aktrisa”, Keysi Afflek isə “Manchester by the Sea” roluna görə “Ən yaxşı dramatik aktyor” nominasiyasında qalib gəlib.

Qaliblərin siyahısını təqdim edirik:

“Ən yaxşı drama” – “Moonlight”

“Ən yaxşı komediya və ya müzikl” – “La La Land”

“Ən yaxşı dramatik aktyor”  – Keysi Afflek (“Manchester by the Sea”)

“Ən yaxşı aktyor” (komediya və ya müzikl”) – Rayan Qoslink (“La La Land”)

“Ən yaxşı dramatik aktrisa” – İzabel Yupper (“Elle”)

“Ən yaxşı aktrisa” (komediya və y müzikl) – Emma Stoun (“La La Land”)

“Arxa plan rolunda ən yaxşı aktyor”  – Aaron Teylor-Conson (“Nocturnal Animals”)

“Arxa plan rolunda ən yaşı aktrisa” – Viola Devis (“Fences”)

“Ən yaxşı drama serialı aktyoru” – Billi Bob Tornton (“Goliath”, Amazon)

“Ən yaxşı drama serialı aktrisası” – Kler Foy (“The Crown”, Netflix)

“Ən yaxşı komediya və ya müzikl serialı aktyoru” – Donald Qlover (“Atlanta”, FX)

“Ən yaxşı komediya və ya müzikl serialı aktrisası” – Treysi Ellis Ross (“Black-ish”, ABC)

“Ən yaxşı dramatik televiziya serialı” – “The Crown” (Netflix)

“Ən yaxşı rejissor” – Demyen Şazell – “La La Land”

“Ən yaxşı film musiqisi” – “La la land”

“Ən yaxşı mahnı” – “City of Stars” (“La La Land”)

“Ən yaxşı televiziya filmi və ya miniserialı” – “The People v. O.J. Simpson: American Crime Story” (FX)

“Ən yaxşı animasiya filmi” – “Zootopia”

“Ən yaxşı əcnəbi film” – “Elle”

“Ən yaxşı ssenari” – Damyen Şazell (“La La Land”)

“Ən yaxşı komediya serialı” – “Atlanta”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar