“Ərazi itkilərimiz yoxdur” - Polkovnik Ramaldanov açıqladı

“Ərazi itkilərimiz yoxdur” – Polkovnik Ramaldanov açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

“Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən alınıb, tərəfimizdən heç bir ərazi itkisi yoxdur”.

A24.Az-ın məlumatına görə, bunu virtualaz.org-a polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, hər iki tərəf canlı qüvvə itkisi verib.

Ramaldanov neytral zonada Azərbaycan əsgərlərinin meyitlərinin qalması barədə məlumatı təsdiqləyib.

“Həmin hərbçilər müəyyən qədər neytral zona daxilində yerləşən “önə çəkilmiş postlar”da xidmət edirdilər”, – ekspert bildirib.

“Keşikçi postları neytral ərazinin 100 metr dərinliyinə qədər məsafədə yerləşə bilər. Həmin əsgərlər erməni ordusunun zərbəsini ilk olaraq dəf ediblər və qəhrəmancasına vuruşublar. Hazırda həlak olanların meyitlərinin qaytarılması üçün operativ tədbirlər görülür. Beynəlxalq Qırmızı Xaç Komitəsi baş verənlərlə bağlı xəbərdar edilib. Problem bundan ibarətdir ki, erməni tərəfi snayperlərini ön cəbhəyə çəkib. Buna görə də, həlak olmuş əsgərlərin meyitlərini itkisiz götürmək çətindir”, – o qeyd edib.

Ramaldanov məlumat verib ki, ötən gecə ermənilərin hücumu, güman ki, əvvəllər aparılmış atışmaların davamı olub və qarşı tərəfin kəşfiyyat-diversiya qruplarının hərəkəti ilə bağlıdır.

“Onlar müxtəlif istiqamətlərdə, o cümlədən Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərində zəif yerlər axtarıblar. Azərbaycan hərbçiləri əsl hərbi rəşadət göstərərək gərgin gecə döyüşündə layiqli cavab veriblər və düşməni əvvəlki mövqelərinə qayıtmağa məcbur ediblər”, – Ramaldanov deyib.

Hərbi mütəxəssisin sözlərinə görə, hazırda ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb.

Ekspert qeyd edir ki, cəbhə xəttində kəskinləşmə Ermənistan hakimiyyəti tərəfindən yaradılıb və onlar əhalinin diqqətini daxili problemlərdən Qarabağdakı vəziyyətə yönəltməyə çalışırlar.

“Rəsmi Yerevan daim öz əhalisini inandırmağa çalışıb ki, ötən ilin aprel ayında itirilmiş əraziləri geri qaytaracaq. Lakin erməni ordusu bunu edə bilmir. Bizim ordumuz istənilən hərbi tapşırığı yerinə yetirməyə hazırdır”, – Ramaldanov vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar