Ərdoğan Aİ ölkələrini PKK-nı dəstəkləməkdə ittiham etdi

Ərdoğan Aİ ölkələrini PKK-nı dəstəkləməkdə ittiham etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Aİ ölkələri PKK üzvlərinə sığınacaq verir və onların müxtəlif aksiyalar keçirməsinin qarşısını almır. 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə deyib.

“Onlar Berlinin küçələrində yürüşlər təşkil edirlər. Parisin küçələrində, Avstriyada yürüşlər edirlər. Aİ guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir.  Əgər bu belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər? Nə üçün separatçı təşkilatın liderinin portretini inzibati binalardan asırlar?”, – deyə R.T.Ərdoğan qeyd edib.

“Avropa ölkələri özlərini elə göstərirlər ki, guya PKK-ya qarşı mübarizə aparırlar, əslində isə dəstəkləyirlər”, – deyə Türkiyə prezidenti əlavə edib.  //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar