Ərdoğan Ankaradakı terrordan sonra açıqlama verdi

Ərdoğan Ankaradakı terrordan sonra açıqlama verdi
Want create site? Find Free WordPress Themes and plugins.

 

“Türkiyə bölgədə yaşanan hadisələr nəticəsində son illərdə terror hücumlarının hədəfi olmaqdadır. Terror təşkilatları və onları maşa olaraq istifadə edənlər, təhlükəsizlik qüvvələri ilə mübarizədə uduzduqca ən əxlaqsız, ən vicdansız yollara baş vururlar. Onlar məsum vətəndaşları hədəfə alırlar”.

“A24.az”ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankaranın Qızılay meydanında baş verən terror hadisəsindən sonra verdiyi ilk açıqlamasında deyib.

Prezident terror qurbanlarına Allahdan rəhmət, yaxınlarına isə səbr arzu edib. Onun sözlərinə görə, bu hücumlar ölkənin bütövlüyü, terrorla mübarizə əzminin sındırılmasına yönəlib.

“Əziz millətimiz xain hücumlar qarşısında hər zamankından daha çox bir-birinə sarılır, terror, terrorçu və terrorun arxasında dayananlara qarşı birliyini nümayiş etdirir. Türkiyə bu çətin günləri də, əlbəttə, geridə qoyacaq. Dövlətimiz hər cür terror təhdidi qarşısında özünü müdafiə haqqından istifadə edəcək.

Vətəndaşlarımız narahat olmasınlar, apardığımız terrorla mübarizə mütləq uğurla nəticələnəcək”.

Baş nazir Əhməd Davudoğlu da ilk təziyyə mesajını yayımlayıb. “Avtobus gözləyən mülki şəxsləri hədəf alacaq qədər gözü dönən bu insanlıq və vicdandan məhrum olan qatilləri ölkəm, millətim adından lənətləyirəm”.

Xatırladaq ki, Türkiyəni qana bulayan terror hadisəsi martın 13-də baş verib. Ankaranın Kızılay meydanında dayanacaqda törədilən partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar