Ərdoğan: “Əməliyyat keçirmək üçün heç kəsdən icazə almayacağıq”

Ərdoğan: “Əməliyyat keçirmək üçün heç kəsdən icazə almayacağıq”
Want create site? Find Free WordPress Themes and plugins.

“Daxildə və xaricdə həyata keçirəcəyimiz əməliyyatlar üçün heç kəsdən icazə almayacağıq”.

A24.Az xəbər verir ki, bu fikirləri Dünya Neft Konqresində çıxış edən Türkiyə prezindenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Prioritetimiz cənub qaz dəhlizimizdir. TANAP üzərindən ilk mərhələdə Türkiyəyə 6 milyard kub fayda qazanacağıq. Mədəniyyətlərin birləşmə nöqtəsi olan Türkiyə artıq mütəxəssislər tərəfindən enerjinin ipək yolu adlandırılır. Dünyada neft və mavi yanacaq qiymətlərinin aşağı düşməsi bizim üçün enerji idxalı sahəsində geriləməyə səbəb olub. Bu sahəni inkişaf etdirmək üçün yerli mənbələrdən istifadə edilməlidir. Nüvə enerjisi başda olmaqla qaynaqların çeşidlənməsi üçün çalışırıq. Qara və Aralıq dənizi marşrutunun əhəmiyyətini bilirik. Təkcə son 1 ildə enerji sektorunda 6 milyard dollar investisiya qoyulub”- deyə Ərdoğan vurğulayıb.

Prezident Türkiyənin enerji sahəsində gördüyü işlərdən də danışıb:

“Elektrik enerjisində qazın payını azaldaraq, idxal qazın həcmini 31 % artırmışıq. Yerli kömürün iqtisadiyyata təkrar gəlir gətiməsi üçün çalışırıq. 3-cü nüvə layihəmiz üçün ilk addımları atmışıq. Türkiyə beynəlxalq investorlar üçün cəlbedici ölkədir”.

Türkiyə prezindeti vurğulayıb ki, körfəz gərginliyinin aradan qaldırılmasını istəyirik.

“Regionumuzun birlik və bərabərliyə ehtiyacı var.Astana görüşlərində irəliləyişlər qeydə alınıb. İraqda isə DAEŞ-lə mübarizənin sonuna gəlindiyi xəbəri bizim üçün də sevindiricidir. İndi  Mosul xaraba qalıb. Lakin ölkənin ərazi bütövlüyü daha önəmlidir. Referendum kimi təktərəfli  hadisələrin baş tutması  , PKK terror təşkilatının orda olması İraqa zərərdən başqa heç nə verməyəcək. Biz terrorla mübarizədə çox zərər ödəmişik. Heç kim bizə edilən hücumlara səssiz qalcağımızı gözləməsin”.

Nərmin Kərim, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar