Ərdoğan mülayim İslam barədə fikirləri qınadı

Ərdoğan mülayim İslam barədə fikirləri qınadı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın krallığı mülayim İslamın mərkəzinə çevirmək niyyəti ilə bağlı bəyanatını kəskin tənqid edib.

A24.az-ın xəbərinə görə, bu barədə, Hürriyet Daily News nəşri məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, İslam dini mülayim və ya sərt ola bilməz.

“İslam dini birdir. Son vaxtlar mülayim İslama çox diqqət ayrılır. Ehtimal ki, bu sözləri səsləndirən insan hesab edir ki, fikir ona məxsusdur. Lakin bu konsepsiya Qərbdə yaranıb”, – Türkiyə lideri izah edib.

Səudiyyə Ərəbistanının müdafiə naziri olan Bin Salman bəyan edib ki, “ekstremist fikirlərə son qoyaraq ölkəni mülayim İslama qaytaracaq”.

Ərdoğan əlavə edib ki, mülayim İslam barədə suallar ona bir neçə il əvvəl Avropa Parlamentinin iclasında verilib.

“İndi onlar bu ideyanı yenidən yeritməyə çalışırlar. Onlar İslamı zəiflətmək istəyirlər”, – prezidenti deyib.

Ərdoğan həmçinin bildirib ki, rəsmi Ər-Riyad mülayim İslamdan danışır, lakin qadınlara avtomobil sürməyə icazə vermir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar