Ərdoğan Nyu-Yorka gedib

Ərdoğan Nyu-Yorka gedib
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka 4 günlük səfərə gəlib.

“A24.az”ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Con Kenedi adına beynəlxalq hava limanında Rəcəb Tayyib Ərdoğanı və onun xanımı Əminə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ferudin Siniroğlu, Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsul Ertan Yalçın qarşılayıblar.

Nyu-Yorka səfər zamanı Türkiyə prezidentini xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiyalar naziri Mustafa Varank, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Rusxar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin mətbua katibi İbrahim Kalın və digərləri müşaiyət edirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar