Ərdoğan Qarabağla bağlı ağzını belə açmadı -Putinlə görüşə şərh

Ərdoğan Qarabağla bağlı ağzını belə açmadı -Putinlə görüşə şərh
Want create site? Find Free WordPress Themes and plugins.
Türkiyə və Rusiya prezidentlərin görüşündə Qarabağ problemi müzakirə olunmalı idi. Bu barədə Bakıda səfərdə olarkən R.T.Ərdoğan fikir ifadə emişdi. Amma Qarabağla bağlı heç bir məsələ müzakirəyə çıxarılmayıb. 
A24.az xəbər verir ki, mövzu ilə əlaqədar  siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Ərdoğanla Putinin ortaq mətbuat konfransını izlədim. Qarabağdan bir kəlmə də danışmadılar: “Hər şeydən danışdılar Qarabağdan başqa. Bu bir daha ondan xəbər verir ki, Kreml Azərbaycandan istədiyini almayınca münaqişənin həllini sürətləndirməkdə maraqlı deyil. Halbuki, Ərdoğan Soçiyə yollanmamışdan bir həftə əvvəl demişdi ki, Putinlə Qarabağı müzakirə edəcək və münaqişənin həlli Kreml sahibinin əlindədir. Əlində olmağına əlindədir, ancaq münaqişənin həllinə marağı yoxdur. Ona görə də Ərdoğan Putinlə gündəmin başqa mövzularını müzakirə edib – Suriya, “Türk axını”, atom elektrik stansiyası, ticarət əlaqələri…”.

Pərvin Abgül//A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar