Ərdoğan: Rusiya ilə razılaşdıq

Ərdoğan: Rusiya ilə razılaşdıq
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın La Stampa nəşrinə müsahibəsində Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı sövdələşməni şərh edib.

Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi həm qiymət və ZRK-nın tədarük müddətləri, həm də birgə istehsalın başlanılması və texnologiyaların ötürülməsi ilə bağlı razılıq verib.

“Suriya ərazisindən hücumlar Türkiyənin müdafiə potensialının, xüsusilə də hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi və müasirləşdirilməsini zəruri edib. Biz bir sıra dövlətlərlə danışıqlar apardıq və qiymətlə yanaşı texnologiyaların ötürülməsini də müzakirə etdik. Rusiya gözləntilərimizə cavab verdi”, – deyə, Ərdoğan bildirib.

Bununla yanaşı, o qeyd edib ki, S-400 üzrə hər hansı müqaviləni NATO ilə əlaqələndirmək yersizdir.

Ərdoğan xatırladıb ki, bugünkü gündə digər NATO üzvü – Yunanıstanın silahlanmasında S-300 var.

Türkiyəli lider həmçinin ölkəsində milli raketdən müdafiə sistemləri üzərində iş aparıldığını qeyd edib.

“S-400 komplekslərinin alınması ilə yanaşı Ankara raketdən müdafiə sistmelərinin istehsalına da diqqət ayırır. ASELSAN və ROKETSAN türk şirkətlərinin Avropanın EUROSAM müdafiə konserni ilə bir müddət əvvəl imzalanmış müqaviləsi qeyd olunan məsələdən irəli gəlir”, – deyə, o, xatırladıb.

Türkiyə gələcəkdə hava hücumundan müdafiə komplekslərinin milli istehsalını təşkil etməyi planlaşdırır, deyə, Ərdoğan vurğulayıb. //oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar