Ərdoğan Rusiyadan ölümcül silah alır: Bu, Ərdoğanın çox işinə yarayacaq

Ərdoğan Rusiyadan ölümcül silah alır: Bu, Ərdoğanın çox işinə yarayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “S-400” raketi almaq istəyən Türkiyənin doğru bir addım atdığını bildirib.

A24.Az Türkiyə mətbuatına istinadən bildirir ki, o, Rusiyanın televiziya kanallarının birində canlı proqramda çıxış edərkən bu haqda danışıb:

“Bu raket prezident Rəcəb Tayyib Ərdoğanın çox işinə yarayacaq. Türkiyə üçün bir təhlükə mövcuddur. Bu gün Kürd problemi beynəlxalq bir məsələ olub. Amerika Kürdlərin yanında olmağa və Türkiyəni hədəf almağa hazırdır. Türkiyə və İran ABŞ-ın Kürdüstan planlarına qarşıdır”.

V.Jirinovski, həmçinin bildirib ki, Ərdoğan bütün xarici hərbi hissələri Türkiyədən çıxaracaq:

“Türkiyə gələcəkdə bizə Amerika və NATO-nun istifadə etdiyi “İncirlik” hərbi bazasını verə bilər. Ərdoğan bütün xarici hərbi hissələri Türkiyədən çıxaracaq. Ərdoğan bilir ki, Türkiyədə olan bütün xarici qoşunlar gələcəkdə Ankara ilə mübarizə aparacaq”.

Xəyalə Bünyatova // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar