Ərdoğan Səudiyyə Ərəbistanına hərbi baza açmağı təklif etdi

Ərdoğan Səudiyyə Ərəbistanına hərbi baza açmağı təklif etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“Hələ o zaman Qətər ərazisində hərbi baza açmaq barədə qərar qəbul edəndə mən Səudiyyə Ərəbistanı kralı ilə görüş zamanı Krallıq ərazisində hərbi baza açmaq barədə təklif etmişdim”.

A24.Az Trend.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP telekanlına verdiyi müsahibəsində deyib.

Ərdoğanın sözlərinə görə, o zaman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildirib ki, Ər-Riyad bu variantı nəzərdən keçirəcək.

Daha sonra Ərdoğan fikrini tamamlayıb: “Lakin hələ bu günə qədər bizim krallıq ərazisində hərbi baza yerləşdirmək barədə təklifimizə Səudiyyə Ərbistanı cavab verməyib”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Siyasət

Müzakirə

A24.Az