Ərdoğan Suriyadakı hərbi əməliyyat barədə Putinə məlumat verib

Ərdoğan Suriyadakı hərbi əməliyyat barədə Putinə məlumat verib
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“A24.az” bildirir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində qərarlı olduqlarını bir daha vurğulayıblar. Söhbət zamanı Suriya məsələsi diqqət mərkəzində olub, Hələbə humanitar yardımın çatdırılması ilə əlaqədar səylərin gücləndirilməsi barədə razılıq əldə edilib.

R. T. Ərdoğan V. Putinə Türkiyə ordusunun Cerablusu azad etmək üçün həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı barədə məlumat verib. Türkiyə və Rusiya prezidentləri Çində keçiriləcək G-20 zirvəsində ikitərəfli görüş keçirmək barədə də razılığa gəliblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar