Ərdoğan təyyarədə futbol izlədi - VİDEO

Ərdoğan təyyarədə futbol izlədi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün Türkiyə-Avstrya millilərinin qarşılaşmasını izləyənlərdən biri də preizdent Rəcəb Tayyib Ərdoğan olub.

“A24.az”ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Ərdoğan matçı ABŞ-a səfərə gedərkən, təyyarədə izləyib. Toplantı masası arxasında oyunu prezidentdən başqa digər dövlət rəsmiləri də izləyiblər.

Dövlət rəsmilərinin təyyarədə futbol keyfini əks etdirən video internetdə də yayılıb. Ərdoğanın Hakan Çalhanoğlunun qoluna sevinci diqqətdən qaçmayıb.

https://www.youtube.com/watch?v=eAb2xmI92BA

“Avro 2016” çempionatı öncəsi yoxlama oyunu Avstryada baş tutub. Matç 2:1 Türkiyənin xeyrinə bitib. Türk millisinə qələbə qazandıran ikinci qolun sahibi isə Arda Turan olub. İlk qol, oyunun 43-cü dəqiqəsində vurulub.

Türkiyə prezidenti futbola olan marağı ilə seçilir. R.T.Ərdoğan özü də gənclik illərində futbolçu kimi bir çox oyuna çıxıb. Ərdoğan 1970-ci illərdə öz doğma rayonu Kasımpaşada  həvəskar futbol klubunun hücumçusu olub. Hətta bəzi məlumatlara görə , “Fənərbahça” klubu onunla maraqlansa da, Ərdoğanın atası icazə verməyib. Ərdoğan indi də futbol oynamağı sevir. O, 2014-cü ildə paytaxt Ankarada yeni stadionun açılışı zamanı 15 dəqiqə ərzində “xet-trik” nümayiş etdirib.

https://www.youtube.com/watch?v=gc08oH0hL2k

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar