Ərdoğan: "Türkiyə və Rusiya arasında vizasız rejimə qayıtmaq lazımdır"

Ərdoğan: “Türkiyə və Rusiya arasında vizasız rejimə qayıtmaq lazımdır”
Want create site? Find Free WordPress Themes and plugins.

“İkitərəfli ticarət dövriyyəmiz 15 milyard dolları keçib. Viza məsələsi də daxil olmaqla bütün maneələri aradan qaldırmalıyıq. Bununla əlaqədar iki ölkə arasında vizasız rejimə qayıtmaq lazımdır”.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Valdimir Putinlə görüşdən sonra mətbuat konfransında deyib.

“Rusiya-Türkiyə münasibətlərinin çox yüksək bir səviyyəyə gəldiyini görməkdən məmnunluq duyuram. Əlbəttə, bununla kifayətlənmirik. Ölkələrimizin və xalqlarımızın hər sahədə daha yaxın və güclü iş birliyi qurmasını hər iki tərəf istəyir. Xüsusilə də müdafiə sənayesi sahəsində müştərək lahihələrə çox önəm verirəm”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti ikitərəfli əlaqələrin son zamanlar sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

“Xüsusilə Suriya münaqişəsinə dair son prosesləri dəyərləndirmək fürsətini tapdıq. Bu məqamda məsələnin siyasi həllinə nail olacağımıza dair bir zəmin yarandığı barədə razılaşdıq. Həm ikitərəfli əlaqələrimiz. həm də region problemlərinə qarşı həmrəy olmağımız gələcəyə inamımızı da artırır. Aramızdakı siyasi, hərbi, iqtisadi, ticari əlaqələr getdikcə güclənir”.

Sonda Ərdoğan dəvətə görə Putinə təşəkkür edib və görüşün səmərəli olacağına əminliyini vurğulayıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar