Ərdoğan üçün özəl əsginaz buraxıldı - Bu gün ANDİÇMƏDƏ nələr olacaq? - Təfərrüatlar

Ərdoğan üçün özəl əsginaz buraxıldı – Bu gün ANDİÇMƏDƏ nələr olacaq? – Təfərrüatlar
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasiminə gələn qonaqlarına özəl olaraq çap edilən 1 Türk Lirəsi (TL) hədiyyə ediləcək.

“A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusi olaraq çap edilən pulların dövriyyəyə buraxılacağı da deyilir.

Prezident seçkilərində 26 milyon 330 min 823 səs toplayan Ərdoğan TBMM-də keçiriləcək andiçmə mərasimindən və Anıtkabir (Mustafa Kamal Atatürkün məzarı) ziyarətindən sonra fəxri qaravul dəstəsinin müşayəti ilə Prezident Sarayına daxil olacaq və mehtər marşıyla qarşılanacaq.

101 dəfə top atəşi açılacaq…

Ərdoğan fəxri qaravul dəstəsiylə birlikdə Saraya daxil olarkən 101 dəfə top atəşi açılacaq. Bundan başqa, hava, quru və dəniz qüvvələrinə bağlı ordu qərargahlarında da 101 dəfə top atəşi gerçəkləşdiriləcək.

1 lirə hədiyyə ediləcək…

Yüksək vəzifəli məmur və qonaqlarla birlikdə 10 min nəfərin iştirak edəcəyi andiçmə mərasiminə müəllim, yanğınsöndürən, muxtar, əsnaf, mədən işçisi, diş həkimi kimi cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərən vətəndaşlar da dəvət edilib.

Qonaqlara isə özəl günlə bağlı çapdan çıxan və arxa tərəfində Prezident Sarayı və mərasimlə bağlı görüntülərin yer alacağı 1 lirə hədiyyə ediləcək. Pulların bir hissəsinin dövriyyəyə buraxılacağı da qeyd edilib. Bundan başqa mərasim günü ilə əlaqədar özəl pul da çapdan çıxarılacaq.

Qeyd edək ki, Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar