Ərdoğanı təhqir edən 12 nəfər həbs edildi - FOTO

Ərdoğanı təhqir edən 12 nəfər həbs olundu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

İzmirdə Muharrem İncenin mitinqindən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdikləri üçün daha 5 nəfər həbs edilib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, hadisənin əyləncə mərkəzlərində birində baş verdiyi və həmin şəxslərin sərxoş olduqları zaman Ərdoğanı təhqir etdikləri bildirilir.

Araşdırma zamanı hadisənin Alsancaq küçəsində, mitinqin keçiriləcəyi əraziyə yaxın restoranda baş verdiyi aşkarlanıb. Bundan əvvəl 7 nəfər həbs edilmişdisə, bu dəfəki kamera görüntülərində daha 5 şübhəli saxlanılaraq nəzarətə altına alınıb.

Polisə ifadə verən şübhəlilər “dövlət böyüklərinə təhqir” maddəsiylə həbs ediliblər. Bununla da eyni maddəylə həbs olunanların sayı 12-yə yüksəlib.

Qeyd edək ki, CHP lideri Muharrem İncenin mitinqinə gələn bəzi şəxslər restoranda əyləşərək spirtli içki içdikdən sonra Ərdoğanı çox ağır təhqir ediblər. Görüntülər sosial mediada paylaşıldıqdan sonra həmin hadisəylə bağlı araşdırma başladılıb. Araşdırma zamanı yaxalanan 15 nəfərdən 7-si “dövlət böyüklərinə təhqir” maddəsiylə həbs olunub.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar