Ərdoğanın "canavar"a bənzəyən lüks maşını - FOTOLAR

Ərdoğanın “canavar”a bənzəyən lüks maşını – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti maşını ilə bağlı maraqlı məlumat yayılıb.

Ərdoğanın xidməti avtomobili “Mercedes” S600 modelidir. Prezidentin maşını texnoloji özəlliklərinə, xüsusilə təhlükəlisizlik baxımından üstün funksiyalara malikdir. Ərdoğanın maşını 1 milyon lirəyə bərpa edilib

Maşının ön işıqlarının yanında gözyaşardıcı qaz cihazı yerləşdirilib. Sürət həddini aşdıqda ön işıqlar daha parlaq yanır.

Avtomobilin təkərləri deşilməyə və partlamağa qarşı davamlıdır. Təkərlədə hər hansı problem, deşilmə olarsa? polad təkərlər dövrəyə girərək maşının hərəkətdə olmasını təmin edir.

S600 modellərindən fərqli olaraq Ərdoğanın xidməti avtomobili daha uzun olan, güllə keçirməz və müxtəlif cür patlayıcılara qarşı qorunma xüsusiyyətlərinə malikdir.
Avtomobilə kimyəvi hücumlar olsa belə, zəhərli hava avtomobilin salonuna daxil olmur.

Ərdoğanın gündəlik istifadə etdiyi maşının saxlan yeri titandan hazırlanıb. Qapıları 13 sm-lik dəmirlə gücləndirilib. Haqqında danışdığımız maşına xüsusi üstünlüklərinə görə Ərdoğanın “canavarı” da deyirlər.

Avtomobilin telefonu birbaşa peykə bağlıdır. Hərəkətdə olarkən avtomobildə hər hansı təhlükə yaranarsa, telefon əlaqəsi kəsilmir, prezidentin mühafizəçiləri dövlət qurumları ilə maneəsiz əlaqə yarada bilirlər.

(Mənbə- Publika.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar