Ərəb futbolçular Londondakı terrorda ölənləri saymadı - VİDEO

Ərəb futbolçular Londondakı terrorda ölənləri saymadı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı Milli Futbol Komandası Londonda terror aktı zamanı həyatını itirənlər üçün elan edilən bir dəqiqəlik anma mərasimində iştirak etməyiblər.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Milli Futbol Komandası Avstraliyaya qarşı oynadığı Dünya Çempionatının Seçmə matçında Londondakı terror aktında dünyasını dəyişənlərin xatirəsi anılan zaman meydanda olan ərəb futbolçular buna biganə yanaşıb. Səudiyyə Ərəbistanın liderliyində olan bir çox ərəb dövlətlərin Qətərə “terrora dəstək verməsi” iddiası ilə diplomatik əlaqələrini kəsdiyi bir vaxtda Səudiyyə Ərəbistanı Milli Futbol Komandasının Londonda 7 nəfərin öldüyü, 48 nəfərin yaralandığı və İŞİD-in öz üzərinə götürdüyü terror hücumu üçün bir dəqiqəlik sükuta qatılmaması diqqətləri üzərinə çəkib.

Hətta tamaşaçıların belə anma mərasimində ayağa qalmadığı bildirilir. Bəzi şəhrçilərin fikirlərinə görə, Səudiyyəli futbolçuların bunu anlamadıqları deyilir.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar