Ərəblərin başına oyun açan taksi sürücüləri üçün pis xəbər - Bundan sonra...

Ərəblərin başına oyun açan taksi sürücüləri üçün pis xəbər – Bundan sonra…
Want create site? Find Free WordPress Themes and plugins.

“Yaxın günlərdə Bakı Nəqliyyat Agentliyi taksilərdə vahid qiymətin tətbiq edilməsi ilə bağlı görəcəyi tədbirləri ictimaiyyətə açıqlayacaq”

A24.Az xəbər verir ki, bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, taksi sistemində müəyyən standartlar tətbiq olunmalıdır: “Məsələn, tez-tez taksi sürücülərinin sərnişinləri və ya turistləri aldatdığını görürük. 1 manatlıq yolu 5-10 manata aparırlar. Belə halların olması turistlərdə ölkəmiz haqqında mənfi imic formalaşdırır. Bu cür halların, suni qiymət artımın qarşısının alınması üçün vahid taksi tariflərinin müəyyənləşdirilməsi mütləqdir. Bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi bununla bağlı tədbirlərini ictimaiyyətə açıqlayacaq. Paytaxtımızın inkişafına uyğun vahid taksi sistemi qurulacaq və təqdim olunacaq”.

M.Ağayev bildirib ki, ölkımizə gələn turistlərin bu qiymətlərdən xəbərdar olması üçün bütün lazımi tədbirlər görüləcək, məlumat vermə vasitələrindən istifadə olunacaq.

“Hava limanında fəaliyyət göstərən taksilərlə bağlı ayrıca layihəmiz olacaq və həmin layihə çərçivəsində turistlər hava limanından şəhərin mərkəzinə gələn zaman artıq məbləğ ödəməyəcəklər, aldadılmayacaqlar”.

M.Ağayev qeyd edib ki, taksilərdə vahid qiymət əsasən müxtəlif kriteriyalar əsasında formalaşacaq. “Vahid qiymətlə bağlı detallar hələ formalaşmayıb. Ola bilsin ki, qiymətlər əraziyə, günün saatlarına görə dəyişsin. Bu qərar paytaxtda fəaliyyət göstərən istər fərdi, istər sifarişli taksilərin hamısına şamil ediləcək. Ola bilər ki, burada spesifik yanaşmalar tətbiq edilsin, lakin tam dəqiqləşmədiyi üçün detallar bəlli deyil”.

A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar