A24 Xeber

“Ermənistanın atdığı addımlar etimadı pozur”

“Ermənistanın atdığı addımlar etimadı pozur”
695
06 Dekabr 2018 - 16:40

“Mövcud münaqişələr ATƏT məkanında sülh və təhlükəsizliyin bərqərar olmasına mane olur”.

A24.Az xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milandakı (İtaliya) illik iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

İclasda nitq söyləyən nazir XİNŞ-nin ötən il Vyanada keçirilən əvvəlki iclasından sonrakı dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəzərəçarpan irəliləyişin baş vermədiyini vurğulayıb.

“Azərbaycan torpaqları hələ də işğal altındadır”, – deyən E.Məmmədyarov Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti dəyişmək cəhdləri göstərdiyini diqqətə çatdırıb: “Ermənistanın bu addımları etimadı pozur”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00