Erməni biznesmen Rusiyada bankı ələ keçirdi - VİDEO

Erməni biznesmen Rusiyada bankı ələ keçirdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Moskvanın mərkəzində erməni biznesmen bankda müştəriləri və işçiləri girov götürüb.

Aram Petrosyan paytaxtın “Bolşaya Nikitilskaya” küçəsində yerləşən “City Bank”ın filialında özünü partladacağını bildirib. Onun boynundan naqillər olan sarı qutu asılıb. 55-60 yaşları arasında olan bu şəxsin iflasa uğramış sahibkar olduğu və həmin bankla maliyyə problemlərinin olduğu açıqlanıb.

Müflis olmuş Aram Petrosyan banka hücum planını təşkil etməzdən əvvəl Rusiya prezidenti Vladimir Putinə videomüraciət də hazırlayıb. O bildirib ki, 24 avqyst tarixində Rusiya Cinayət Məcəlləsinin qaydalarını kəskin şəkildə pozmaqla bütün dünyada rezonans yaradacaq.

Əməliyyat çərçivəsində bankın yerləşdiyi küçə polsi tərəfindən mühasirəyə alınıb. Hətta hadisə yerinə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev gəlib.

Girov götürdüyü şəxsləri bir-bir azad edən erməni biznesmen sonra polisə təslim olub.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=FWI2V5L9a4w

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar