Erməni boksçunu nakauta saldılar - Azarkeşlər meydana axışdılar - VİDEO

Erməni boksçunu nakauta saldılar – Azarkeşlər meydana axışdılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Parisdə keçirilən “Glory 42 Kick Boks” Çempionatında hollandiyalı döyüşçü Murthel Groenhartın erməni boksçu Harunt Qriqoryanı mübahisəli şəkildə nakaut etməsi rinqi döyüş meydanına çevirib.

“A24.az” xəbər verir ki, erməni boksçu Qriqoryan rəqibindən aldığı diz zərbəsindən sonra döyüşməyi buraxıb. Lakin hollandiyalı Groenhart onun arxasından gələrək sərt yumruqla ermənini nakaut edib. Bunu görən izləyicilər isə nakautun qaydalı olmasına qəzəblənərək rinqə atılıb.

Rinqə atılan izləyicilər qarşısında çətin anlar yaşayan hollandiyalı boksçu Murthel ona atılan yumruqlardan özünü müdafiə etmək məcburiyyətində qalıb.

Baş verənlərə baxmayaraq hakim hollandiyalı boksçunu qalib elan edib.

“A24.az” döyüş meydanında baş verənlərin videogörüntülərini təqdim edir:

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İdman, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar