Erməni ekspert ölkəsinin Rusiyanın vassalı olduğunu bir daha təsdiq etdi

Erməni ekspert ölkəsinin Rusiyanın vassalı olduğunu bir daha təsdiq etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“ABŞ-ın Rusiyaya sanksiyalar tətbiq etməsindən Ermənistana zərər çəkəcək”
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Vilen Xaçatryan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əgər hər hansı bir ölkə sərhəddində rüsumlar artırsa, digər ölkələr buna qarşı əks tədbirlər tətbiq edirlər: Təbii ki, sanksiya tətbiq edilməsindən heç kim udmur, bəzən Avropa da Rusiyaya qarşı sanksiya tətbiq edilməsindən əziyyət çəkir”. V.Xaçatryan vurğulayıb ki, onsuz da Ermənistan transfertlər sahəsindən əziyyət çəkirdi, bu sahədə enmə müşahidə olunur. Sanksiyalardan sonra enmə prosesi daha da artacaq. Ermənistan Rusiyadan məhsul alan ölkədir. Son iki il ərzində 2 mlrd. dollar olan transfertlər 1,3 mlrd. dollaradək enib. Əgər bu göstərici daha da az olacaqsa, o zaman bu ciddi zərbəyə səbəb olacaq. “Bundan başqa, Ermənistan Rusiyadan məhsul idxalına görə liderdir, sanksiyalar tətbiq olduğu zaman bu ölkədə bahalaşmaya səbəb olacaq. Bu da iqtisadiyyata daha böyük zərbədir”, – deyə V.Xaçatryan əlavə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar