Erməni general hökümətə müraciət etdi: "Bizə icazə verin..."

Erməni general hökümətə müraciət etdi: “Bizə icazə verin…”
Want create site? Find Free WordPress Themes and plugins.

Başda gereal-mayor Arkadi Ter Tadevosyan olmaqla, Qarabağ müharibəsinin erməni veteranları Ermənistan Müdafiə Nazirliyinə müraciət ediblər ki, onlara Azərbaycanla təmas xəttindəki Talış kəndini (Tərtərin işğal altındakı kəndi) bərpa etmək üçün icazə verilsin.

“Biz Talışda yaşamaq və orada könüllü xidmət etmək istəyirik. Məsələ dövlət səviyyəsində həll olunmalıdır”, -deyən Ter Tadevosyan Talışa getmək istəyən könüllülər arasında çoxlu sayda keçmiş zabitlər olduğunu bildirib.

A24.Az xəbər verir ki, işğalçı general yeni Talış kəndi yaratmaq arzusunda olduqlarını və bu istiqamətdə dövlətdən dəstək almayana qədər geri çəkilməyəcəklərini bildirib.

Qeyd edək ki, Tərtərin işğal altındakı Talış kəndi bu ilin “Aprel döyüşləri” zamanı cəbhənin ən qaynar nöqtəsi olub. Ermənilər həmin vaxt burada çoxsaylı itkilər veriblər. Ermənilərin bu istiqamətdəki döyüşlərdə aldıqları sarsıdıcı zərbələr düşmən ordusunun gözünü qorxudub. Kəndin ətrafındakı bəzi strateji yüksəkliklər Azərbaycan Ordusu tərəfindən azad olunub. İşğalçı ordunun rəhbərliyindəki bəzi zabirlər isə həmin mövqelərin itirilməsilə hələ də barışa bilmir.

Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi Qarabağ ermənilərindəki xofu götürmək üçün mülki əhalini Talışda məskunlaşdırmağa cəhd göstərsə də, həli ki buna nail ola bilmir./Modern.az/

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar