Erməni hərbçi ölkəsinə qaytarılarkən qarşı tərəf videoçəkiliş aparmaq istəyib

Erməni hərbçi ölkəsinə qaytarılarkən qarşı tərəf videoçəkiliş aparmaq istəyib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci il tarixdə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.

“A24.az” xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxlərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar