Erməni mətbuatı: Rusiya Paşinyanı devirəcək

Erməni mətbuatı: Rusiya Paşinyanı devirəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın “Jamanak” qəzeti yazır, keçmiş baş nazir Karen Karapetyan hələ də Ermənistanın Respublika partiyasının sədr müavini vəzifəsində qalmağa davam edir.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, o bu vəzifədə qalaraq gələcək siyasi fəaliyyətini müəyyən etməyə çalışır.

Qəzet qeyd edir ki, onu məcburən bu partiyada saxlayırlar: “Ancaq Karapetyan görür ki, partiya hər gün daha çox dağılır və siyasi layihə kimi perspektivsizləşir”.

Nəşrin məlumatına görə, patiyanın geriləməsi Karapetyanı bəzi addımlar atmağa məcbur edir. Belə ki, Karapetyan öz Rusiya himayəçiləriylə yeni partiyanın yaradılmasına təşəbbüs edə bilər. Məlumatlar var ki, Samvel Karapetyanın “Taşir” şirkətləri qrupunun sahibinin nümayəndələri müxtəlif xadimlərlə və qruplaşmalarla yeni partiyanın yaradılması haqqında danışıqları davam edirlər. Nəşrin yazır ki, Rusiya hakimiyyətində iki proqram var – Nikol Paşinyana hökumətini tamamilə devirmək və hakimiyyətə nəzarət altında olanı onlara siyasi gücü gətirib çıxarmaq və ya heç olmasa birinci mərhələ üçün güclü müxalifəti formalaşdırmaq, hansı ki, istənilən vaxt ictimai narazılıqdan istifadə edə və ümumxalq hərəkətinə vasitəsi ilə məxməri inqilabı edə biləcək: “İctimai narazılığın artırılması məsələsində Rusiya praktik dəstək göstərəcək. Ancaq əgər keçmiş baş nazir həqiqətən yeni partiyanı yaradacaqsa, hansının ki, Rusiya kapitalı və Rusiyanın siyasi dəstəyi duracaqsa, onda bu əslində Respublika partiyasının sonu olacaq”, – qəzet yazır.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar