Erməni nazir: "Ermənistan Rusiya tərəfi ilə yeni "hərbi" kreditin alınmasını müzakirə edir"

Erməni nazir: “Ermənistan Rusiya tərəfi ilə yeni “hərbi” kreditin alınmasını müzakirə edir”
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan və Rusiya bu il yeni “hərbi” kreditin verilməsinin müzakirəsinə başlayıb.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan maliyyə naziri Vardan Аramyan “Azatutyun” radiostansiyasına bildirib. Nazir qeyd edib ki, konkret olaraq hansı məbləğdə olacağı dəqiqləşdirilməyib ancaq hərbi sahədə olması nəzərdə tutulub.

2015-ci ildə Rusiya Ermənistana 200 mln. dollar məbləğində kredit ayırıb.

Qeyd edək ki, 2016-ci ildə dərc olunan krediti sazişə əsasən, Ermənistan 14 növ silah və digər texnika almaq niyyətindədir. Silah və digər texnikalar 2015-cü ildən 2017-ci ilədək olan dövrdə Ermənistana gətirilməlidir. Siyahıya alınan silah növləri dəyişdirilə bilər
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar