Erməni nazirlər arasında soyuq küləklər əsir - Onları bir-birinə düşmən edən nədir?

Erməni nazirlər arasında soyuq küləklər əsir – Onları bir-birinə düşmən edən nədir?
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda baş nazirlə Təbiəti mühafizə naziri arasında münasibətlər gərginləşib.

A24.Az eerməni mətbuatına istinadən xəbər verir ki, yerli KİV-lər Təbiəti mühafizə naziri Artsvik Minasyan ilə Baş nazir Karen Karapetyan arasında gərgin münasibətlər olduğu barədə məlumatlar dərc edirlər.

Aysor.am saytına açıqlama verən Artsvik Minasyanın mətbuat katibi Marine Karapetyan bildirib ki, nazir mətbuatdakı məlumatları şərh etmək istəmir: “Artsvik Minasyan dəfələrlə bu məsələyələ açıqlama verib. Fikrimcə, bu mövzuda təkrar danışmaq lazım deyil”, – deyə M.Karapetyan bildirib. Onun sözlərinə görə, bu mövzu çox tez-tez şişirdilir, bu sadəcə gülüncdür. “Normal iş münasibətləri var, həmişə eyni şey haqqında yazırlar, bu sadəcə gülməlidir. Hər kəs istədiyi şeyi yaza bilər, detalları yazanlardan soruşmaq lazımdır “, – M.Karapetyan əlavə edib.

Xatırladaq ki, bu gün “Aykakan Jamanak” qəzeti bildirib ki, baş nazir Karen Karapetyan ilə Təbiəti mühafizə naziri Artsvik Minasyan arasında gərgin münasibətlər uzun müddət gizli saxlanılır. Nəşrin mənbələrinə görə, baş nazir və təbiəti mühafizə naziri şəxsi zəmində bir-birinindən xoşları gəlmir. Baş nazir artıq vəzifə səviyyəsindən kənar uzun müddət heç Arsvik Minasyanla ünsiyyət saxlamır, hətta onunla salamlaşmır.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar