Erməni ordusu Tovuzun Qaralar kəndini hədəfə aldı - 242 nəfər güllələrin altında qaldı

Erməni ordusu Tovuzun Qaralar kəndini hədəfə aldı – 242 nəfər güllələrin altında qaldı
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Qaralar kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub.

A24.az-ın APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, düşmən iyulun 29-30-da bu istiqamətdə fəallaşıb.

Ermənilər əsasən təsərrüfatla məşğul olan dinc əhalini hədəfə alıb. İriçaplı silahlardan açılan atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər sürəkli olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir.

Qeyd edək ki, Qaralar kəndində 43 evdə 242 nəfər əhali yaşayır. Kəndin erməni postları ilə üzbəüz olan yuxarı hissəsi tez-tez atəşə məruz qalır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar