Erməni vəhşiliyi davam edir! İrəvanda Azərbaycan uşaqlarını bundan sonra da öldürməyə söz verdilər

Erməni vəhşiliyi davam edir! İrəvanda Azərbaycan uşaqlarını bundan sonra da öldürməyə söz verirlər
Want create site? Find Free WordPress Themes and plugins.

Erməni tərəfinin həyasızlığı sərhəd bilmir. İkiyaşlı azərbaycanlı qızın qətlini İrəvanda artıq “Ermənistanın görünməmiş zərbəsi” adlandırırlar və indi orada fərziyyələr irəli sürürlər ki, bundan sora nə olacaq.

Azərbaycana təklif edirlər (!) ki, sonrakı eskalasiyalar və itkilər olmasın deyə, Vyana və Sankt-Peterburq razılaşmaları adlandırılan sazişlərin icrasına razılıq versin.

A24.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bəyan edib.

“Lraqir”in müşahidəçisi Akop Badalyan qeyd edir ki, Balayanın bəyanatında Ermənistan Xarici İşlər Nazirliyinin əvvəlki reaksiyalarının fonunda görünməmiş müəyyən hücum elementlərini qeyd etmək olar, hansı ki, Azərbaycana təkcə ordu səviyyəsində deyil, həm də Xarici İşlər Nazirliyi səviyyəsində hücumu nəzərdə tutur.

Sonra Badalyan, Balayanın sözlərinə istinadən, qeyd edir ki, Azərbaycan belə zərbələri, hadisələrin araşdırılmasının beynəlxalq mexanizmlərinin yerləşdirilməsi haqqında təkliflə razılaşmayacağı təqdirdə yenə alacaq.

“Yəni mətnaltı Azərbaycana hərbi-siyasi təzyiqin bu xüsusi təzahürü” çatdırılır. Başqa sözlə, hədəf kimi Ermənistan Azərbaycan uşaqlarından və qadınlardan istifadə edəcək.

Badalyan uşağı öldürmüş erməni hərbçilərinin hərəkətlərini “adekvat” adlandırır və bu, onun sözlərinə görə, “xüsusi diplomatik səylərin davamdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar