Ermənilər Ağdam sakininin evini yandırdı - VİDEO

Ermənilər Ağdam sakininin evini yandırdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ağdamın cəbhə kəndində ev yanıb.

A24.Az xəbər verir ki, hadisə rayonun Mirəşelli kəndində baş verib.

Qasımov Eldar İsrafil oğluna məxsus yaşayış evində çıxan yanğın yanğınsöndürənlərin köməyi ilə söndürülüb. Alovu söndürmək üçün hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub.

Evdə yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Eldar Qasımov APA TV-yə bildirib ki, gecə ermənilər kəndi atəşə tutduğu üçün evlərindən çıxaraq, yaxınlıqdakı kəndlərə gedib. Yanğın xəbərini onlara qonşular deyib. Ermənilərin yaşayış məntəqəsinə atdığı yandırıcı güllərdən birinin yanğına səbəb olduğu ehtimal edilir.

Yanğının dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq. /apatv

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar