Ermənilər etiraf etdi: "Biz öz torpağımızda rusların əsiriyik”

Ermənilər etiraf etdi: “Biz öz torpağımızda rusların əsiriyik”
Want create site? Find Free WordPress Themes and plugins.

Gümrüdə yerləşən 102-ci hərbi bazanın texnikaları Ermənistanın Şirak rayonunun Marmaşen kəndinin sakinlərinə məxsus əkin sahələrini yarasız hala salıb.

“A24.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, rus hərbçilərin əkin sahələrindən tank yolu kimi istifadə etməsi yerli sakinlərin etirazına səbəb olub.

“Tankları, yük maşınlarını əkin sahələri ilə aparırlar. Şikayətlərimizə baxan yoxdur. Biz öz torpağımızda rusların əsirinə çevrilmişik”- Marmaşen sakini deyib.

Qeyd edilib ki, Marmaşen yolu bu yaxınlarda tamamilə asfaltlanıb. Hərbi bazaya xəbərdarlıq edilib ki, tanklar asfaltlanmış yolla hərəkət etməsinlər, digər rayon yolundan yararlana bilərlər.

“Onlara deyildi ki, sahələrdən uzaq yolla keçsinlər, lakin məhəl qoymurlar, yanacağa qənaət edirlər”.

Marmaşen bələdiyyəsinin sədri Aşot Yeğoyanın sözlərinə görə, rus hərbçilər kənd ərazisində təxminən 12 hektardan çox əkin sahəsinə ziyan vurub.

Azvision.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az