Ermənilər Gövhər ağa məscidini farslara hədiyyə kimi  bərpa edirlər

Ermənilər Gövhər ağa məscidini farslara hədiyyə kimi bərpa edirlər
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan İnkişaf Təşəbbüsləri Fondu, Qondarma Dağlıq Qarabağ Respublikası hökuməti və Şərq Tarixi İrsin Bərpası Fondu arasında əməkdaşlıq çərçivəsində, Şuşadakı  Gövhər ağa məscidinin bərpa işləri davam etdirilir.

 A24.Az xəbər verir ki, işlərə  fondun xeyriyyəçiləridən Qayrat Boranbayevin 2015-ci ildə buranı ziyarət edən zaman məscidi görüb, bərpasına dəstək ola biləcəyini dedikdən sonra başlanılıb.

Proqram çərçivəsində məscidin əvvəlki görünüşü olduğu kimi saxlanılacaq və ərazisində yerləşən mədərəsə binası da yenilənəcək. Daha sonra bu tarixi abidənin qorunması və gələcəkdə bura turist cəlb edilməsi planlaşdırılır. Məscidin ərazisində arxeoloji qazıntılar da həyata keçirilir.

Fondun Qondarma Dağlıq Qarabağ Respublikası İnkişaf Proqramı rəhbəri Suren Amirbekyan deyib ki, “Şuşa bənzərsiz bölgələrdən biridir. Yuxarı Cümə Məscidi isə qədim şəhərin tarixinin və mədəniyyətinin ayrılmaz bir parçasıdır. Bu unikal abidənin bərpasını həyata keçirmək istəyən insanları görmək bizi sevindirir. Proqram yalnız Şuşanın tarixi və mədəni irsini qorumağı deyil həm də respublikanın turist xəristəsində yeni bir mərkəz qurmağı hədəfləyir.

“Bu məscid İranın tarixi və mədəniyyətini təmsil etdiyi üçün Saman Cahan memarlıq firması və İran İslam Respublikasından mütəxəssislər abidənin bərpa işlərində iştirak edirlər. Proqramın tərəfdaşlarından biri olan ICOMOS Ermənistan (Beynəlxalq Erməni Abidələri və Tədris Korpusu Şurası), dizayn işlərinin beynəlxalq standartlarla uyğunluğundan əmin olmaq üçün təkrar araşdırmalar həyata keçirir. Məscidin bərpa işlərinin 2018-ci ilin payızına qədər başa çatdırılması planlaşdırılır”.

Nərmin Kərim, A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar