Ermənilər Kluninin arvadının tumanı altına sığındılar – EKSKLÜZİV

Ermənilər Kluninin arvadının tumanı altına sığındılar – EKSKLÜZİV
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin İşçi Partiyasının sədri Doğu Perinçeklə İsveçrə höküməti arasındakı qondarma “erməni soyqırımı” ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə verilıən şikayətə yanvarın 28-də Strasburqda kecirilən məhkəmə iclasında baxılıb və proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Xatırladaq ki, məhkəmə çəkişməsinə Doğu Perinçekin “Erməni soyqırımı beynəlxalq imperialist yalandır” sözləri səbəb olub.

İclasda diqqətləri cəlb edən isə başqa məqam olub. Məkrli erməni xisləti bu məsələdə də hiyləyə əl atıb. Belə ki, Ermənistan tərəfi bu məsələyə bütün dünya ictimaiyyətinin, aparıcı media qurumlarının diqqətini çəkmək üçün məhkəmədə müdafiələrini həyata keçirməsi məqsədilə məşhur Hollivud aktyoru Corc Kluninin həyat yoldaşı, Livan doğumlu vəkil Amal Alamuddinlə müqavilə bağlayıb.

Bu isə məhkəmə iclasını şouya çevirib. Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, jurnalistlərin diqqəti məsələnin mahiyyətindən çox, gözəlçə vəkildə olub. 37 yaşlı vəkilin də diqqəti jurnalistlərdə qalıb və iclas boyu poz verməklə məşğul olub.

Onu da bildirək ki, iclasın keçirildiyi binanın qarşısına toplaşan türklər Perincekə dəstək aksiyası keçiriblər. Aksiyada bir neçə Azərbaycan bayrağı da dalğalandırılıb.

“A24.az” mövzu ilə bağlı videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=fzgMMAmOG8M

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar