Ermənilərin "komandos" ləqəbli generalı Rusiyanın Azərbaycana silah verməsindən danışdı - Son ümidini açıqladı

Ermənilərin “komandos” ləqəbli generalı Rusiyanın Azərbaycana silah verməsindən danışdı – Son ümidini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.
“Xarici İşlər Nazirlərinin görüşləri ilə maraqlanmıram. ATƏT-in Minsk Qrupu artıq bu görüşə görə fikrini bildirib. Hər şey aydındır. Görüşlər olur amma heç nə dəyişmir. Cəbhədə atəşkəs pozulur. İndi əsas məsələ hansısa bir şəkildə barışığa nail olmaqdır”.
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu mətbuata müsahibə zamanı “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan deyib. Rusiyanın Azərbaycana silah satmasına münasibət bildirən Arkadi Ter-Tadevosyan qeyd edib ki, KTMT-nin baş katibi Yuri Xaçaturov bu gün Rusiya Dövlət Dumasında çıxış edəcək:
“Azərbaycan tərəfi ele düşünür ki, Qarabağı ildırımsürətli müharibəylə götürə bilərlər. Amma Qarabağ münaqişəsi digərlərinə oxşar deyil, buna görə ayın sonunu gözləmək lazımdır. Həmçinin bu münaqişədə Türkiyənin Azərbaycana təsir etməsi məsələsi də var. Görək onlar özlərini necə aparcaqlar. Azərbaycana dəstək olacaqlarsa, bütün bunlar rus-türk münasibətlərinə təsir edəcək. Bir sözlə, bütün məsələlərə bu ayın sonunadək aydınlıq gətiriləcək”, – deyə Arkadi Ter-Tadevosyan bildirib.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar